Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Ümraniyəspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 5-ci turu çərçivəsində baş tutan “Çorum”la oyunun iştirakçısı olub.
“Ümraniyəspor” bu qarşılaşmadan ağır məğlubiyyətlə ayrılıb – 0:3.
Coşqun bu oyunda fasildən dərhal sonra, 46-cı dəqiqədə meydana buraxılıb.
Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la bu ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 5 oyuna çıxıb.
5 turdan sonra “Ümraniyəspor” 2 xalla 17-ci pillədə qərarlaşıb.


