Coşqun Diniyevin yoxluğunda komandası evdə uduzdu

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor” növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 21-ci turu çərçivəsində “Bodrumspor”la qarşılaşıb.

“Ümraniyəspor” doğma meydanda baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2. Bu, İstanbul təmsilçisinin cari mövsümdəki 9-cu məğlubiyyətidir. Komanda qalan oyunlarda 6 heç-heçə edib, 6 qələbə qazanıb.

Diniyev bu oyunun iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

21 turdan sonra “Ümraniyəspor” 24 xalla 18 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la 2023-cü ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 20 oyuna çıxıb, 3 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: