Bu il Qətərdə keçiriləcək dünya çempionatına (DÇ-2022) vəsiqə qazanan daha bir ölkənin adına aydınlıq gəlib. Arena.az xəbər verir ki, Avstraliya yığması da mundialda iştirak hüququ qazanıb.
Sözügedən komanda bu gün Peru yığması ilə pley-off qarşılaşmasından qalib ayrılıb. Qətərdə baş tutan görüşün əsas və əlavə vaxtlarında qapılara qol vurulmayıb. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq (5:4) yerinə yetirən Avstraliya yığması dünya çempionatına vəsiqə qazanıb.
Beləliklə, final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq dünya çempionatının 32 iştirakçısından 31-i artıq məlumdur. Sonuncu iştirakçı iyunun 14-də keçiriləcək Kosta-Rika – Yeni Zelandiya cütünün qalibi olacaq.
Yeri gəlmişkən, Avstraliya milli komandasının mundialda hansı qrupda mübarizə aparacağı da məlumdur. Sözügedən komanda D qrupunda Fransa, Danimarka və Tunislə üz-üzə gələcək.
DÇ-2022-yə vəsiqə qazanmış bütün komandaların siyahısı
Avropa: İngiltərə, Belçika, Almaniya, Danimarka, İspaniya, Niderland, Polşa, Portuqaliya, Serbiya, Fransa, Xorvatiya, İsveçrə və Uels
Cənubi Amerika: Argentina, Braziliya, Ekvador, Uruqvay
Afrika: Qana, Mərakeş, Seneqal, Kamerun, Tunis
Asiya: İran, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Yaponiya, Avstraliya
Şimali Amerika: Kanada, ABŞ, Meksika
Sonda DÇ-2022-nin qruplarını da təqdim edirik:
A qrupu
Qətər
Ekvador
Seneqal
Niderland
B qrupu
İngiltərə
İran
ABŞ
Uels
C qrupu
Argentina
Səudiyyə Ərəbistanı
Meksika
Polşa
D qrupu
Fransa
Avstraliya
Danimarka
Tunis
E qrupu
İspaniya
Yeni Zelandiya – Kosta-Rika
Almaniya
Yaponiya
F qrupu
Belçika
Kanada
Mərakeş
Xorvatiya
G qrupu
Braziliya
Serbiya
İsveçrə
Kamerun
H qrupu
Portuqaliya
Qana
Uruqvay
Cənubi Koreya


