Super Liqa lehinə mövqeyi ilə diqqət çəkən “Napoli”nin prezidenti Aurelio De Laurentis bu dəfə verdiyi açıqlaması ilə gündəm olub.
Arena.az jurnalist Nikolo Skiraya istinadən məlumat verir ki, italyan işbaz “Napoli”nin İtaliya Super Kubokunun finalında “İnter”ə məğlubiyyətindən (0:1) sonra maliyyə məsələri haqda danışıb.
De Laurentis İtaliya A Seriyası klublarını misal çəkməklə, “Napoli”nin xəzinəsini müqayisə edib:
“Təəssüf ki, A Seriyasında 900 milyon avro, 1 milyard avro borcu olanlar – 85 milyon avro mənfəətlə və xəzinəsində 150 milyon avro ehtiyatla skudetto qazanmış “Napoli” kimilər var.
Super Kubokdakı məğlubiyyətmi? Komanda hər şeyi verdi. Onlar yenə də qələbə üçün mükafat alacaqlar”, deyə Neapol klubunun rəhbəri bildirib.
Maraqlı məqam ondan ibarətdir ki, adətən klub rəhbərləri müvafiq maliyyə təsvirlərini belə açıq şəkildə müzakirə etmirlər. Bu söhbətin ümumiyyətlə belə səpgidə ictimailəşməsi arzuedilən deyil. De Laurentisin indi sərvəti ilə öyünməsi, onun daha əvvəl Viktor Osimhenin transferi məsələsində maliyyə nöqsanlarına yol verərək, yaxın günlərdə məhlkəmə qarşına çaıxacağı mənzərəsində bir qədər təəccüb doğurur.


