Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone “döşəkçilər”in 6 oyunluq məğlubiyyətsizlik silsiləsindən söhbət açıb.
Arena.az AS dərgisinə istinadən, argentinalı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Müdafiədə biz kollektiv nöqteyi-nəzərdən yaxşı çıxış edirik. Həm də bizə hücum seçimləri, sürət, daxildən oyun, əks-hücum və başqa xüsuslar verən mövqeyimiz var. Liqa müddəti çox uzundur və biz bütün tək oyunlar kimi çətin olacaq və oğlanların hazırda sahib olduqları səbr və əzmi qorumalı olacaqları Kubok oyununa da baxırıq.
Sakitliyimizi qoruyub-saxlamalı və işləməyə davam etməliyik. Bir ay əvvəl vəziyyət o qədər də əlverişli olmayanda bilirdik ki, bizə vaxt gərəkdir. İndi bu qələbələr sırasını, sapmadan davam etdirmək gərəkdir”, deyə Dieqo Simeone vurğulayıb.
15 turdan sonra 32 xal toplamış Madrid “Atletiko”su İspaniya La Liqasının yarış cədvəlində 2-ci pillədə qərarlaşıb.


