Dieqo Simeone “Bosussiya” ilə ÇL-in cavab oyunu haqda danışdı

Madird “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone ÇL-in 1/4 final mərhələsinin Dortmund “Borussiya”sı ilə cavab oyunu haqda danışıb.

Arena.az xatırladır ki, Madirddə keçirilmiş ilk oyunda “döşəkçilər” “Borussiya”nı 2:1 hesabı ilə məğlub ediblər.

“Mundo Deportivo” nəşrinin məlumatına görə, argentinalı mütəxəssis cavab matçı öncəsi bunları dilə gətirib:

“Güclü komanda ilə qarşı-qarşıyayıq, onlar çox yüksək nəbzlə başlayacaqlar, oyunun sonuna qədər bu səviyyəni qorumalıyıq. Biz özümüzə güvənirik, bizim düşərgəmizdə hər şey yaxşıdır. Yaxşı oyun olacaq. Onların çoxlu mahir cinah oyunçuları var ki, onlar ikinci xəttə çıxıb topla yaxşı oynayırlar.

Komanda çox yaxşı işləyir, biz hamımız La Liqada vacib nəticələr üçün yetişmişik, bu, bizə çox düşünmədən futbol dünyasında böyümək imkanı verdi. Bu, əla axşam olacaq”, – Dieqo Simeone bildirib.

“Borussiya” cavab oyunu çərçivəsində “Atletiko”nu bu gün, aprelin 16-da, Bakı vaxtı ilə saat 23:00-da Dortmunddakı “Siqnal İduna Park” stadionunda qəbul edəcək.