Dmitri Nazarov üçün Drezdendə 90 dəqiqə

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu 3-cü Liqanın 25-ci turu çərçivəsində baş tutan Drezden “Dinamo”su ilə qarşılaşmanın iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə səfərdə üz-üzə gəlib. Aue təmsilçisi bu matçdan məğlubiyyətlə ayrılıb – 0:1.

Dmitri Nazarov matçın start heyətində meydana çıxıb və sonadək oynayıb. Cari mövsümdə 5 qol vurmuş yarımmüdafiəçi bu dəfə fərqlənə bilməyib.

Aue təmsilçisi geridə qalan 25 turda 8 qələbə qazanıb, 6 heç-heçə edib və 11 qarşılaşmada məğlub olub. Çox uğursuz mövsüm keçirən komanda hazırda 30 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: