“Səbail” yarımmüdafiəçisi Domantas Şimkus ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, klub rəhbərliyi Şimkusun müqavilə müddətinin sona çatması ilə əlaqədar futbolçu ilə yollarının ayrılması barədə qərar qəbul edib. “Səbail” Domantasa gələcək karyerasında uğurlar arzulayıb.
Domantas Şimkus 2021-ci ilin iyulundan “Səbail”də çıxış edirdi. Litvalı futbolçu geridə qalan mövsümdə “dənizçilər”in heyətində 24 oyuna çıxıb. 26 yaşlı yarımmüdafiəçi bu görüşlərdə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, “Səbail” daha öncə Nikolas Raysellə yolların ayrıldığını açıqlamışdı.


