Emre Belözoğlu “Antalyaspor”u tərk etdi – Rəsmi

Türkiyəli futbol mütəxəssisi Emre Belözoğlu Super Liqa təmsilçisi “Antalyaspor”un baş məşqçisi vəzifəsindən istefa verib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, türkiyəli mütəxəssis hələ bu ilin iyun ayında Antalya klubundan istefa verdiyini açıqlamışdı. Lakin həmin vaxt rəhbərlik onu postunda saxlamağa razı sala bilmişdi. Amma bu dəfə 44 yaşlı mütəxəssis öz istəyi ilə postunu tərk edib və istefası qəbul olunub.

Xatırladaq ki, Emre Belözoğlu bu ilin yanvar ayında Antalya klubunun baş məşqçisi təyin edilmiş və 1,5 illik müqaviləyə imza atmışdı.

“Antalyaspor” bu mütəxəssisin rəhbərliyi altında 28 oyun keçirib, 9 qələbə, 6 heç-heçə və 13 məğlubiyyət görüb. Komanda Super Liqanın cari mövsümündə topladığı 10 xalla 10-cu pillədə qərarlaşıb.

Emre daha öncə “Fənərbaxça”, “Ankaragücü” və “Başakşəhər”də də baş məşqçi kimi çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: