Emre Taşdemir “Qalatasaray”dan ayrıldı

Türkiyə çempionu “Qalatasaray” sol cinah müdafiəçisi Emre Taşdemir ilə müddəti bitən müqaviləsini yeniləmək istəməyib.

Arena.az xəbər verir ki, bu üzdən də tərəflər yollarını ayırmağa qərar veriblər.

Bu klubdakı son mövsümünü Türkiyə çempionu kimi başa vurmuş Emre, “sarı-qırmızılar”dan azad agent kimi ayrılıb.

Emre Taşdemir “Qalatasaray”a 4,5 il öncə “Bursaspor”dan transfer edilmişdi. O, bu komandanın heyətində cəmi 37 oyuna çıxıb, 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Emre daha öncə “Bursaspor”, “Ankaragücü”, “Girəsunspor” və “Kayserispor” kimi klubların da formasını geyinib.

“Qalatasaray” bu yay müqaviləsinin müddəti bitmiş Bafetimbi Qomis və Okan Koçukla da yollarını ayırmışdı. Mustafa Məhəmməd isə 5 milyon 750 min avro qarşılığında Fransanın “Nant” klubuna satılıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: