Entoni Musaba “Fənərbağça”da

Türkiyənin “Samsunspor” komandasının sol vingeri Entoni Musaba bundan sonra “Fənərbağça”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir.

Niderlandlı cinah hücumçusu ilə 4,5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalanıb. “Fənərbağça” bu transfer üçün Samsun təmsilçisinə 5 milyon avro ödəyib.

Entoni Musaba “Neymegen”in yetirməsidir. O, karyerası ərzində “Monako”, “Serkl Brügge”, “Herenven”, “Mets”, “Şeffild Uensdey” kimi klubların da formasını geyinib. Musaba “Samsunspor”a 2025-ci ilin yayında 1 milyon avro müqabilində “Şeffild Uensdey”dən gəlmişdi. 25 yaşlı vinger Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 22 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Musaba Niderlandın U-21 yığmasının formasını geyinsə də, ona əsas millidə debüt etmək qismət olmayıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: