Almaniya çempionu “Bayern”in ingilis mərkəz müdafiəçisi Erik Dayer Münhen klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az bu barədə Almaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Belə ki, “Bayern” müdafiəçinin daha bir mövsüm komandada qalmasına qərar verib. Yeni müqaviləyə əsasən, Dayer 2025-ci ilin 30 iyununa kimi bu klubun uğurları üçün çalışmağa davam edəcək.
Xatırladaq ki, müqavilə ilə İngiltərənin “Tottenhem” klubuna məxsus olan Dayer “Bayern”ə bu ilin yanvarında 3,5 milyon avro müqabilində cari mövsümün sonuna qədər, icarə müqaviləsi əsasında qoşulmuşdu. Müqavilədə klubun müqaviləsinin müddətini uzatmaq imkanı haqda xüsusi maddə olduğundan, Münhen təmsilçisi bu imkandan istifadə edərək, Dayerlə müqaviləsini yeniləyib. Yenilənmiş müqaviləyə əsasən isə Dayer cari 2024/2025 mövsümündən etibarən azad agent qismində “Bayern”in futbolçusu olacaq.
Erik Dayer Lissabon “Sportinq”inin yetirməsidir. Bir müddət “Everton”un gənclərdən ibarət komandasında icarə əsasında çıxış etdikdən sonra, “Sportinq” Dayeri 5 milyon avroya “Tottenhem”ə satıb.
“Bayern”də icarə müddətində Dayer münhenlilərin heyətində bütün yarışlarda 7 oyuna çıxıb. O, bu oyunlarda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Erikin karyerasının böyük hissəsi “Tottenhem”də keçib. O, bu komandanın heyətində 364 oyuna çıxıb, 13 qol və 12 assistlə yadda qalıb. Amma 30 yaşlı Dayer futbolda heç bir qənimət qazanmayıb.
Erik Dayer 2015-ci ilin noyabrında dedüt etdiyi İngiltərə yığmasının heyətində 49 oyun keçirib, 3 qol vurub.
“Transfermarkt” internet-portalı 30 yaşlı Erik Dayerin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.


