“Fənərbaxça” Çempionlar Liqasında 3-cü raunda yüksəldi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünün 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Qarabağ” səfərdə 2:0 hesabıyla yendiyi “Linkoln”la bu dəfə doğma meydanda üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda 5 cavabsız qola sevinən Ağdam klubu sürprizə imkan verməyib və növbəti mərhələyə vəsiqə qazanıb.

Türkiyə təmsilçisi “Fənərbaxça” da İsveçrə “Luqano”su ilə cavab matçını doğma meydanda keçirib. İstanbul nəhəngi səfərdə 4:3 hesablı qələbəyə sevinmişdi. Cavab matçından da qalib ayrılan “Fənərbaxça” növbəti raunda yüksəlib.

APOEL, “Sparta”, “Ferentsvaroş”, “Slovan” (Bratislava) və “Malmö” da rəqiblərindən güclü olublar və Çempionlar Liqasındakı mübarizələrini davam etdirirlər.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin qalan görüşləri iyulun 31-də keçiriləcək.

Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunları
30 iyul

Qarabağ (Azərbaycan) – Linkoln (Cəbəllüttariq) 5:0 (ilk oyun 2:0)

Fənərbaxça (Türkiyə) – Luqano ( İsveçrə) 2:1 (4:3)

Petrokub (Moldova) – APOEL (Kipr) 1:1 (0:1)

Sparta (Praqa, Çexiya) – Şemrok Rovers (İrlandiya) 4:2 (2:0)

TNS (Uels) – Ferentsvaroş (Macarıstan) 1:2 (0:5)

Slovan (Bratislava, Slovakiya) – Çelye (Sloveniya) 5:0 (1:1)

Klaksvik (Farer adaları) – Malmö (İsveç) 3:2 (1:4)

31 iyul

21:00. RFS (Latviya) – Bodo Qlimt (Norveç) (0:4)

21:15. Midtyulland (Danimarka) – Santa Koloma (Andorra) (3:0)

22:00. Makkabi (Təl-Əviv, İsrail) – Styaua (Rumıniya) (1:1)

22:00. Partizan (Serbiya) – Dinamo (Kiyev, Ukrayna) (2:6)

22:30. Yagelloniya (Polşa) – Panevejis (Litva) (4:0)

22:45. Dinamo (Minsk, Belarus) – Ludoqorets (Bolqarıstan) (0:2)

23:00. Borats (Bosniya və Herseqovina) – PAOK (Yunanıstan) (2:3)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: