“Fənərbaxça” da uduzdu, “Beşiktaş” da – Konfrans Liqasında

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də heyətində yer aldığı Zaqreb “Dinamo”su bu turda Plzen “Viktoriya”sının qonağı olub və növbəti dəfə məğlubiyyətə üzülüb.

Türkiyə təmsilçilərindən “Beşiktaş” Norveç “Bodo Qlimt”ini qəbul edib və bu dəfə də uduzub. “Fənərbaxça” isə Bolqarıstanda “Ludoqorets” qarşısında aciz qalıb.

Qeyd edək ki, Avropa Konfrans Liqasında qrup mərhələsinin növbəti turunun oyunları noyabrın 30-da keçiriləcək.

Avropa Konfrans Liqası
Qrup mərhələsi, 4-cü tur
9 noyabr

A qrupu

“Olimpiya” (Sloveniya) – “Klaksvik” (Farer adaları) 2:0
Qollar: Sualehe, 84. Nukiç, 88.

“Slovan” (Bratislava, Slovakiya) – “Lill” (Fransa) 1:1
Qollar: Kavriç, 80 – A.Qomes, 52.

Xal: Lill – 8. Slovan – 7. Klaksvik – 4. Olimpiya – 3.

B qrupu

“Breydablik” (İslandiya) – “Gent” (Belçika) 2:3
Qollar: Svanthorsson, 16; 18 – Orban, 6; 54-pen; 69.

“Zarya” (Ukrayna) – “Makkabi” (Təl-Əviv, İsrail) 1:3
Qollar: Alefirenko, 74 – Lukkassen, 7. Perets, 26; 43.

Xal: Gent – 10. Makkabi – 6. Zarya – 4. Breydablik – 0.

C qrupu

“Astana” (Qazaxıstan) – “Ballkani” (Kosovo) 0:0

“Viktoriya” (Plzen, Çexiya) – “Dinamo” (Zaqreb, Xorvatiya) 1:0
Qol: Çori, 35-pen.

Xal: Viktoriya – 12. Ballkani – 4. Astana – 4. Dinamo – 3.

D qrupu

“Beşiktaş” (Türkiyə) – “Bodo Qlimt” (Norveç) 1:2
Qollar: T.Bingöl, 64 – Mumbaqna, 38; 49.

“Brügge” (Belçika) – “Luqano” (İsveçrə) 2:0
Qollar: Tyaqo, 62-pen. Vanaken, 90+6.

Xal: Brügge – 10. Bodo Qlimt – 7. Luqano – 4. Beşiktaş – 1.

E qrupu

“Legiya” (Polşa) – “Zrinski” (Bosniya və Herseqovina) 2:0
Qollar: Auqustinyak, 14. Xosue, 30-pen.

“Aston Villa” (İngiltərə) – “Alkmar” (Niderland) 2:1
Qollar: D.Karlos, 61. Uotkins, 81 – Pavlidis, 52.

Xal: Legiya – 9. Aston Villa – 9. Zrinski – 3. Alkmar – 3.

F qrupu

“Ferentsvaroş” (Macarıstan) – “Genk” (Belçika) 1:1
Qollar: Peşiç, 47 – Munyos, 62.

“Çukariçki” (Serbiya) – “Fiorentina” (İtaliya) 0:1
Qol: Nzola, 8-pen.

Xal: Fiorentina – 8. Ferentsvaroş – 6. Genk – 6. Çukariçki – 0.

G qrupu

PAOK (Yunanıstan) – “Aberdin” (Şotlandiya) 2:2
Qollar: Tayson, 23. Samatta, 67 – Duk, 14. Makqreyt, 70.

HJK (Finlandiya) – “Ayntraxt” (Almaniya) 0:1
Qol: Şaibi, 31.

Xal: PAOK – 10. Ayntraxt – 9. Aberdin – 2. HJK – 1.

H qrupu

“Nordsyelland” (Danimarka) – “Spartak” (Trnava, Slovakiya) 1:1
Qollar: İnqvartsen, 32-pen – Duris, 61.

“Ludoqorets” (Bolqarıstan) – “Fənərbaxça” (Türkiyə) 2:0
Qollar: Pyotrovski, 18. Seko, 90+2.

Xal: Fənərbaxça – 9. Nordsyelland – 7. Ludoqorets – 6. Spartak – 1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: