“Fənərbaxça” Konfrans Liqasında “Olimpiakos”a qarşı

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün 1/4 final mərhələsinin ilk qarşılaşmaları keçiriləcək.

Arena.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutacaq.

Ən güclü 8 komanda arasında yer alan Türkiyə klubu “Fənərbaxça” da növbəti matçına çıxacaq. İstanbul təmsilçisi 1/4 finalda Yunanıstan “Olimpiakos”u ilə üz-üzə gələcək. Tərəflər arasındakı ilk oyun Yunanıstanda baş tutacaq.

Günün digər oyunlarında “Viktoriya” (Plzen, Çexiya) “Fiorentina”nı (İtaliya), “Aston Villa” (İngiltərə) “Lill”i (Fransa), “Brügge” (Belçika) isə PAOK-u (Yunanıstan) qəbul edəcək.

Qeyd edək ki, Avropa Konfrans Liqasında 1/4 final mərhələsinin cavab görüşləri aprelin 18-də keçiriləcək. Yarımfinalın matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final görüşü mayın 29-da Afinadakı “Ayasofiya” stadionunda baş tutacaq.

Avropa Konfrans Liqası
1/4 finalın ilk oyunları
11 aprel

20:45. “Olimpiakos” (Yunanıstan) – “Fənərbaxça” (Türkiyə)
20:45. “Viktoriya” (Plzen, Çexiya) – “Fiorentina” (İtaliya)
23:00. “Aston Villa” (İngiltərə) – “Lill” (Fransa)
23:00. “Brügge” (Belçika) – PAOK (Yunanıstan)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: