“Fənərbaxça”dan Konfrans Liqasında darmadağın

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

Arena.az xəbər verir ki, qarşılaşmaların hamısı eyni gündə baş tutub.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su öz meydanında PAOK-u məğlub edib. Zədəli Mahirin forma geyinmədiyi qarşılaşmanı azərbaycanlı hakim Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası idarə edib. Görüş zaqreblilərin inamlı qələbəsi ilə başa çatıb.

Türkiyənin “Fənərbaxça” komandası Belçikada “Yunion”a 3 cavabsız qolla qalib gəlib.

İki qarşılaşmada ümumiyyətlə qapılara qol vurulmayıb. Günün ən qollu matçında isə Hayfa “Makkabi”si “Fiorentina” ilə ev oyunundan 3:4 hesablı məğlubiyyətlə ayrılıb.

Qeyd edək ki, Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin cavab matçları martın 14-də keçiriləcək.

Avropa Konfrans Liqası
1/8 finalın ilk oyunları
7 mart

Ayaks (Niderland) – Aston Villa (İngiltərə) 0:0

Servett (İsveçrə) – Viktoriya (Çexiya) 0:0

Molde (Norveç) – Brügge (Belçika) 2:1
Qollar: H.Stenevik, 43. F.Qulbrandsen, 90+2 – M.De Kuyper, 85.

Olimpiakos (Yunanıstan) – Makkabi (Təl-Əviv, İsrail) 1:4
Qollar: Əl-Kaabi, 13 – E.Zahavi, 4; 30. İ.Şahar, 9. D.Perets, 74.

Şturm Qrats (Avstriya) – Lill (Fransa) 0:3
Qollar: C.Devid, 28; 51. E.Jerqova, 71.

Dinamo (Zaqreb, Xorvatiya) – PAOK (Yunanıstan) 2:0
Qollar: B.Petkoviç, 37; 71.

Makkabi (Hayfa, İsrail) – Fiorentina (İtaliya) 3:4
Qollar: A.Sek, 12. Q.Kinda, 29. A,Xalaili, 67 – M.Ntsola, 2. L.Beltran, 59. R.Mandraqora, 73. A.Barak, 90+5.

Yunion (Belçika) – Fənərbaxça (Türkiyə) 0:3
Qollar: M.Batşuayi, 20. Y.Ostervolde, 84. D.Tadiç, 90+4-pen.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: