Fərid Nəbiyev oynadı, “Viktoriya” yenə uduzdu

Azərbaycanlı yarımmüdafiəçi Fərid Nəbiyev futbol üzrə Çexiya ikinci divizionunda növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun formasını geyindiyi “Viktoriya” (Jijkov) 14-cü tur çərçivəsində səfərdə “Prosteyov”la qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Fərid Nəbiyev bu görüşün 36-cı dəqiqəsində meydana buraxılıb.

“Viktoriya” 14 turdan sonra 9 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: