FIFA “Fənərbağça”ya qadağa qoydu

Dünyanın ali futbol qurumu FIFA Türkiyənin “Fənərbağça” klubuna yeni futbolçuların qeydiyyatdan keçirilməsinə qadağa qoyub.

Arena.az xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytında məlumat yayılıb.

Qadağa üç transfer pəncərəsi müddətində qüvvədə olacaq və sentyabrın 25-dən etibarən tətbiq edilməyə başlayıb.

“Fənərbağça” rəhbərliyi qadağanın səbəbinin 2024-cü ildə “Sevilya”dan transfer edilmiş hücumçu Yussef En-Nesirinin keçidi ilə bağlı borc olduğunu açıqlayıb. Türkiyə klubu mərakeşli futbolçu üçün aprelin 30-da ödənilməli olan məbləğin bir hissəsini vaxtında ödəməyib.

“Fənərbağça” gecikdirilmiş ödənişi artıq həyata keçirdiyini bildirib. Lakin “Sevilya” növbəti ödənişin də edilməsini tələb edib.

Türkiyə klubu borcu bazar ertəsi ödəyəcəyinə söz verib. Bundan sonra yeni futbolçuların qeydiyyatına qoyulan qadağanın aradan qaldırılacağı gözlənilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: