Flik “Barselona”da onilliyin rekordunu müəyyənləşdirdi

La Liqanın 3-cü turunda “Rayo Valyekano”ya ilə səfər oyununda qələbə (2:1) “Barselona”nın baş məşqçisi Hansi Flik üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, alman mütəxəssis La Liqanın ilk 3 turunda 3-cü qələbəsini rəsmiləşdirməklə, son 10 ildə “Barselona” məşqçiləri arasında rekord müəyyənləşdirib.

İlk ilk turda Flikin “Barselona”sı “Valensiya” (2:1) və Bilbao “Atletik”i (2:1) üzərində qələbləri sıralamışdı.

Sonuncu dəfə müvafiq nəticəyə 2014-cü ildə Luis Enrike nail olmuşdu. 1988-ci ildən isə Yohan Kroyf, Karles Reşak və Tito Vilanova bu nəticəyə imza atıblar.

3 turdan sonra “Barselona” 9 xalla İspaniya La Liqasının yarış cədvəlində mütləq liderdir.

Yeri gəlmişkən, Hans-Diter Flik Çempionlar Liqasının 2024/2025-ci illər mövsümünün “blauqrana” üçün nəticəsini şərh edib.

Xatırladaq ki, püşkün nəticələrinə görə, “Barselona” “Bayern”, Dortmund “Borussiya”sı, “Atalanta”, “Benfika”, “Yanq Boyz”, “Srvena Zvezda”, “Brest” və “Monako” ilə oynayacaq.

“Nəticələr bizi çox təəccübləndirdi. Biz bu rəqiblərlə oynamaqda maraqlıyıq. İki alman klubu var. Rəqibləri daha yaxşı təhlil etmək üçün oyun cədvəlinə baxmalıyıq. Çətin olacaq. Amma indi bütün diqqətimi qarşıdakı çempionat oyununa yönəltmişəm”, – AS dərgisi alman mütəxəssisdən sitat gətirir.

“Barselona” Çempionlar Liqasının ötən mövsümündə yarışın 1/4 finalına yüksəlib, burada isə iki oyunun nəticəsinə görə Fransa nəhəngi PSJ-yə məğlub olub.

Xatırladaq ki, Çempionlar Liqasının ötən mövsümünün qalibi finalda Dortmund “Borussiya”sını 2:0 hesabı ilə məğlub etmiş “Real”dır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: