Flik “Rayo Valyekano” üzərində əzmkar qələbəni şərh etdi

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik La Liqanın 3-cü turunda “Rayo Valyekano” üzərində əzmkar səfər qələbəsini (2:1) şərh edib.

Arena.az “Barça Universal” dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Oyunun birinci hissəsi istədiyimiz kimi yaxşı keçmədi. Kifayət qədər yaxşı təpki göstərə bilmədik, topla isə çox yaxşı davranmadıq. İkinci hissədə oyun yaxşılaşdı, biz isə daha yaxşı görünürdük. Düşünürəm ki, biz layiqli və ədalətli qələbə qazandıq. Yaxşı müdafiə olunduq, amma mükəmməl deyildi. “Rayo” çox yaxşı komandadır və çox sürətli oyunçuları var.

Mark Bernal zədə aldı. O, çox da yaxşı görünmür. Mən ona dəstək ismarışımı ünvanlamaq istəyirəm, çünki o, əla görünürdü və belə aqibətə layiq deyildi. Amma Pedrinin isə vəziyyəti yaxşıdır, kiçik bir qançırı var”, deyə Flik bildirib.

3-cü turdan sonra “Barselona” 9 xalla La Liqanın yarış cədvəlinin vahid lideridir. 3 oyundan 4 xal toplamış “Rayo Valyekano” isə 8-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: