Florentino Peres: “Real” ən uğurlu dövrlərindən birini yaşayır”

“Real”ın məşhur prezidenti Florentino Peres “kral klubu”nun hazırkı dövrü haqda danışmaqla yanaşı, madridlilərin fəlsəfəsini açıqlayıb.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, Peres “Real”ın hazırda tarixinin ən uğurlu dövrlərindən birini yaşadığını hesab edir:

“Klubumuzun tarixində ən uğurlu dövrələrdən birini yaşayırıq. Beşinci Avropa Super Kubokunu qazandıq, klublararası dünya çempionatını və İspaniya Kubokunu qazandıq. Bütün bunlar isə çox çətin bir təqvimə rəğmən – dünya çempionatının bütün yarışları dayandırmağa məcbur edərək dəyişikliklər etməsi mənzərəsində. Kubokda bir daha göstərdik ki, “Real” heç vaxt təslim olmur. Güclü rəqiblərlə qarşılaşmalarda əla nəticələr qazana bildik. Biz bu yaxınlarda 14-cü dəfə UEFA Çempionlar Liqasını qazanmışdıq. Komanda yenidən qalib olmaq üçün mübarizə aparırdı. Bu mövsüm yenidən cəhd edəcəyimizə heç kim şübhə etməsin. Biz qələbə qazanmaqdan yorulmayacağıq”, deyə Florentino Peres sahibi olduğu klubun fəlsəfəsini açıqlayıb.

Hazrıda “Real” İspaniya La Liqasının 13 turundan sonra 32 xalla 2-ci pillədədir və 34 xala malik lider “Jirona”nı daban-daban təqib edir.

UEFA Çempionlar Liqasında da “Real” rahat şəkildə yoluna davam edir. “Qaymaqlılar” 4 turdan sonra 12 xalla “C” qrupunun lideridirlər və turnirin pley-off mərhələsinə vəsiqəni təmin ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: