Fransa kubokunda sonuncu finalçı da bəlli oldu

Futbol üzrə Fransa kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.

“Nant” doğma meydanda “Monako” ilə qarşılaşıb. Qarşılaşmanın əsas vaxtında 4 qol qeydə alınsa da, qalib müəyyənləşməyib. Bu üzdən də sonda penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Nant” finala yüksəlib.

Daha öncə “Nitsa” da finala vəsiqə qazanmışdı. Fransa kubokunda həlledici qarşılaşma mayın 8-də keçiriləcək.

Fransa kuboku
Yarımfinal

1 mart

Nitsa – Versal 2:0
Qol: Quiri, 48. Dolberq, 73.

2 mart

Nant – Monako 2:2 (penaltilər 4:2)
Qol
: Sidibe, 21-öz qapısına. Mutussami, 74 – Maripan, 12. Boadu, 76.

Xəbəri sosial şəbəkələrdə paylaş: