Bu gün futbol üzrə Fransa Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin sonuncu qarşılaşması baş tutub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bir görüş baş tutub.
Yarımfinala növbəti vəsiqənin sahibi PSJ – “Nitsa” matçında müəyyənləşib. Dörd qolun qeydə alındığı qarşılaşmanı inamlı qələbə ilə başa vuran Paris təmsilçisi növbəti və sonuncu yarımfinalçı olub.
Xatırladaq ki, daha öncə Lion “Olimpik”i, “Valansyen” və “Renn” komandaları da yarımfinala çıxmışdılar.
Beləliklə, Fransa Kubokunda finala vəsiqə uğrunda Lion “Olimpik”i “Valansyen”lə, PSJ isə “Renn” ilə mübarizə aparacaq. Bu qarşılaşmalar müvafiq olaraq aprelin 2-də və 3-də keçiriləcək.
Fransa Kuboku
1/4 final
27 fevral
Olimpik (Lion) – Strasburq 0:0 (penaltilər 4:3)
28 fevral
Ruan – Valansyen 1:1 (penaltilər 2:4)
Qollar: Loppi, 90+1 – Oyevusi, 26.
29 fevral
Le Pyui – Renn 1:3
Qollar: Adinani, 61 – Teate, 9. Buriqe, 49; 82.
13 mart
PSJ – Nitsa 3:1
Qollar: Mbappe, 14. F.Ruis, 33. Beraldo, 60 – Laborde, 37.


