Fransanın idman naziri Məhəmməd Kamaraya cəza istədi

Fransanın idman naziri Ameli Udea-Kastera “Monako”nun malili dayaq yarımmüdafiəçisi Məhəmməd Kamaraya cəza istəyib.

Arena.az məlumat verir ki, nazir futbolçunu homofobiya ilə mübarizə tədbirində iştirak etmək istəmədiyinə görə cəzalandırmağa çağırıb.

Belə ki, Məhəmməd Kamara “Monako”nun Liqa 1-in 34-cü turunun “Nant”la oyununda (4:0) formasının üzərində olan homofobiya ilə mübarizəyə dəstək üçün loqonu ört-basdır edərək yapışdırıb.

“Mən bu davranışı qəbuledilməz hesab edirəm. Və hesab edirəm ki, bu, həm futbolçuya, həm də ona bunu etməyə imkan verən kluba qarşı ən sərt sanksiyalarla cəzalandırılmalıdır”, – “RMC Sport” internet-nəşri Fransanın idman nazirindən sitat gətirir.

Vurğulanır ki, LGBT hərəkatına fərqli baxışlar mövcuddur. Afrikaəsilli futbolçunun vətəni, əhalinin 95%-nin İslam dininə mənsub olduğu Malidə müvafiq cərayanların qəbuledilməz olması, milli mədəniyyət bu kimi halları qəbul etməməsi də anlaşılmalıdır. Nu da futbolçunun öz baxışlarını həyata keçirməsinə iradə azadlığı verir.