Türkiyənin “Göztəpə” klubu baş məşqçisi Ünal Karaman ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
55 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Ünal Karaman “Göztəpə”yə bu ildən rəhbərlik edirdi. Komanda bu mütəxəssisin rəhbərliyi altında cari mövsüm Super Liqada keçirdiyi 3 oyunun birində məğlub olub, ikisində isə heç-heçə edib.


