Həbib Nurməhəmmədov üçün futbol tarixinin ən yaxşı oyunu

Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov futbol tarixində ən yaxşısı hesab etdiyi oyundan danışıb.

Arena.az “Gorilla Fighting” portalına istinadən Nurməhəmmədovun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Bu, uşaqlıq arzusunun gerçəkləşməsi kimi idi. 1998-ci il Dünya Kubokunun finalına baxdım, bu, Fransa – Braziliya oyunu idi. Ronaldonun parlayacağını gözləyirdim. Mən oğlancığaz idim, 10 yaşım vardı. 24 il ötdü və mən dünya çempionatının finalına düşdüm.

Bəli, Rusiyada finalda idim, amma orada tamimilə üstünlük vardı. Fransızlar bir baş üstün idilər. Çox maraqlı, gözəl idi, amma 2022-ci ildə Qətər mundialının finalı göstərdi ki, məhz mənim üçün bu oyun tarixin ən yaxşısı olub. Həyatımda da bu, baxdığım, duyğusal baxımdan ən yaxşı oyundur. Mənim təcrübəmdə ən yaxşı oyun olaraq qalır.

Fitnə, fitnə və xoşbəxt sonluq. Onda (Söhbət Messidən gedir. – redaktorun qeydi) hind filmlərində və ya türk seriallarındakı kimi alındı”, deyə Həbib Nurməhəmmədov bildirib.

Xatırladaq ki, DÇ-2022-nin final oyunu Argentina və Fransa yığmaları arasında keçirilib. Əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatmış oyun, penaltilər seriyasında argentinalıların 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: