Türkiyənin “Ankaragücü” klubunun keçmiş prezidenti, hakimi vurduğu üçün saxlanılmış Faruk Koca məhkəmə qarşısına çıxarılıb.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Türkiyə Super Liqasının 15-ci turunda baş tutan “Ankaragücü” – “Rizəspor” matçından sonra baş hakim Halil Umut Melerə yumruq atan sabiq prezident sərbəst buraxılıb.
Bir neçə ittiham üzrə həbsdə olan Kocanın vəkilləri buna etiraz ediblər. Etirazı qiymətləndirən Ankara məhkəməsi Kocanın məhkəmə nəzarəti altında azadlığa buraxılmasına qərar verib. Kocanın axşam saatlarında həbsdən çıxacağı öyrənilib.
Faruk Koca ilə yanaşı “Ankaragücü” klubunun daha iki rəsmisi şübhəli şəxs qismində həbs edilib. Məhkəmənin bu iş üzrə ilk iclasının 9 yanvar 2024-cü ildə keçirilməsi nəzərdə tutulub.
Nihad Əsədov


