“Barseona”nın baş məşqçisi Hansi Flik İspaniya La Liqasının 1-ci turunda “Valensiya” üzərində əzmkar səfər qələbəsini (2:1) şərh edib.
Arena.az AS dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Üç xal komandamız üçün çox vacibdir. Heç də hər şey yaxşı getmədi, amma ikinci hissəni çoxlu səhvlərə yol verdiyimiz birinci hissədən qat-qat yaxşı oynadıq. “Valensiya” onlardan yararlandı və birinci qolu vurmağı bacardı. Fasiləyə qədər buna qarşılıq verməmiz vacib idi”, deyə Hansi Flik vurğulayıb.
Flik “Valensiya” ilə oyunda (2:1) “blauqrana”nın hücumçusu Robert Levandovskinin vurduğu iki qol müqabilində polyak futbolçu haqda da fikrini açıqlayıb:
“O, peşəkardır. Bu, komandamız üçün çox vacibdir. Hər iki qolu vurdu və müdafiədə fantastik iş gördü”.
1-ci turdan sonra “Barselona” 3 xalla La Liqanın yarış cədvəlinin zirvəsində qərarlaşıb. Xalsız “Valensiya” isə sonuncu, 20-ci pillədədir.


