Çexiya yığmasının baş məşqçisi İvan Haşek AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Gürcüstan millisi ilə qarşıdakı oyundan danışıb.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, çex mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Gürcüstan millisi yalnız Kvaratsxeliya demək deyil. Son 11 oyunda 11 qol vurmuş Mikautadzenin statistikasına baxın. Bir çox Fransa klubları onunla müqavilə bağlamaqda maraqlıdırlar. Biz onlara boş məkan verməməliyik. Həm də məsələ təkcə bu iki oyunçuda deyil, onların yüksək səviyyəli başqa oyunçuları da var”, deyə Haşek vurğulayıb.
Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun “F” qrupu çərçivəsində keçiriləcək Gürcüstan – Çexiya oyunu bu gün, iyunun 22-də Hamburqun “Folksparkştadion”unda baş tutacaq. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 17:00-da başladacaq.
2-ci tur ərəfəsində “F” qrupunun yarış cədvəli belə mənzərə yaradır:
- Türkiyə – 3 xal
- Portuqaliya – 3 xal
- Çexiya – 0
- Gürcüstan – 0


