Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünü 6-cı pillədə başa vuran “Turan Tovuz” yarımmüdafiəçisi Henri Okebuqvu ilə vidalaşıb.
Arena.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Nigeriyadan olan 24 yaşlı futbolçuya xidmətlərinə görə təşəkkür edilib.
Xatırladaq ki, Henri Okebuqvu 2022-ci ilin avqust ayında qoşulmuş və 1 illik müqaviləyə imza atmışdı. O, Tovuz təmsilçisində 18 oyuna çıxıb və 1 qol vurub.
Okebuqvu daha öncə “Eqnatiya”, “Partizani” (Tirana), “Kastrioti” kimi klublarda da forma geyinib. O, Nigeriyanın U-17 yığmasında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.