İbrahim Əliyev “İmişli”yə lazım olmadı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” komandası mərkəz hücumçusu İbrahim Əliyev ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 27 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. Klub İbrahimə xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, “İmişli” keçmiş hücumçusu İbrahim Əliyevi bu mövsümün əvvəlində geri qaytarmışdı. 26 yaşlı forvard 2025/2026-cı illər mövsümündə meydana çıxdığı 11 oyunda cəmi 1 qol vurub. Əliyev 2024-cü ildə də bu komandanın formasını geyinib.

Azərbaycanlı hücumçu karyerası ərzində “Qarabağ” (U-19), “Şamaxı” (əvəzedicilər), “Sumqayıt”, “Zaqatala”, “İrəvan”, “Turan Tovuz”, MOİK kimi komandalarda da oynayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: