Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 5-ci turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
5-ci turun görüşləri iki günü əhatə edəcək. Üç oyun oktyabrın 13-də, qalanları isə ayın 14-də keçiriləcək.
İkinci Liqa
5-ci tur
13 oktyabr
“Ağstafa Gəncləri” – “Ağdaş”
Ağstafa şəhər stadionu, 14:00.
“Şirvan” – “Araz Saatlı”
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Dinamo” – “Kür-Araz”
Binə qəsəbə stadionu, 14:30
14 oktyabr
“Quba” – “Göygöl”
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Şəki” – “Şəmkir”
“Rekord Arena”, 14:00.
“Qaradağ Lökbatan” – “Xankəndi”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.