“İnter” A Seriyasında 13 oyundur məğlubiyyət üzü görmür

İtaliya nəhəngi “İnter” cari mövsümdə A Seriyasında məğlubiyyətsiz oyunlar silsiləsini sürdürməkdə davam edir.

Arena.az məlumat verir ki, yanvarın 6-da İtaliya A Seriyasının 19-cu tur oyununda doğma meydanda “Verona” ilə qarşılaşan bu komanda 2:1 hesabı ilə qalib gələrək, cari mövsümdə milli çempionatda məğlubiyyətsiz oyunlar silsiləsini 13 oyuna çatdırıb.

Milan klubu A Seriyasında sonuncu dəfə sentyabrın 27-də “Sassuolo”ya gözlənilmədən 1:2 hesabı ilə məğlub olub. Həmin oyundan bəri “neradzurri” 13 çempionat oyununda məğlub olmur.

“İnter” “Salernitana” (4:0), “Torino” (3:0), “Roma” (1:0), “Atalanta” (2:1), “Frozinone” (2:0), “Napoli” (3:0), “Udineze” (4:0), “Latsio” (2:0), “Leççe” (2:0) və “Verona” (2:1) üzərində qələbələri sıralayıb. Simone İnzaqinin yetirmələri “Bolonya” (2:2), “Yuventus” (1:1) və “Cenoa” (1:1) ilə oyunlardan sülhlə ayrılıblar.

Hazırda “İnter” A Seriyasının ilk yarısından, 19 turdan sonra 48 xalla çempionatın turnir cədvəlinə başçılıq edir. “Neradzurri” növbəti oyununu yanvarın 13-də A Seriyasının 20-ci turu çərçivəsində səfərdə “Montsa”a qarşı keçirəcək. Bu oyuna Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: