“İnter” “Atletiko”ya qarşı – UEFA Çempionlar Liqasında

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.

Arena.az xəbər verir ki, qarşılaşmalardan biri İtaliyada, digəri Niderlandda gerçəkləşəcək.

Milan “İnter”i doğma meydanda Madrid “Atletiko”su ilə üz-üzə gələcək. İspaniya təmsilçisi Çempionlar Liqasının ötən mövsümünün finalçısı ilə səfər oyunundan sərfəli nəticə ilə ayrılmağa çalışacaq.

Niderlandda isə yerli PSV Almaniyanın “Borussiya” (Dortmund) komandası ilə münasibətlərinə aydınlıq gətirəcək.

Bu cütlərdə cavab matçları martın 14-də reallaşacaq.

Xatırladaq ki, daha öncə “Mançester Siti” (İngiltərə) Danimarkada “Kopenhagen”ə 3:1, “Real” (İspaniya) isə Almaniyada “Leypsiq”ə 1:0 hesabı ilə qalib gəlib. “Latsio” (İtaliya) doğma meydanda Almaniyanın “Bayern” (1:0), PSJ (Fransa) isə İspaniyanın “Real Sosyedad” komandasından (2:0) üstün olub. Bu komandaların cavab görüşləri 5-6 martda baş tutacaq.

“Portu” (Portuqaliya) – “Arsenal” (İngiltərə) və “Napoli” (İtaliya) – “Barselona” (İspaniya) matçları sabah keçiriləcək.

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə bütövlükdə mart ayında keçiriləcək cavab qarşılaşmaları ilə yekun vurulacaq.

UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
20 fevral

00:00. İnter (İtaliya) – Atletiko (İspaniya)
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Milan. “Cüzeppe Meatsa” stadionu.

00:00. PSV (Niderland) – Borussiya (Dortmund, Almaniya)
Baş hakim: Sergey Yovanoviç (Serbiya).
Eyndhoven. “Filips” stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: