“İnter” fanatları “Yuventus”la oyundan sonra polisə hücum ediblər

İtaliya A Seriyasının 23-cü turunun “Yuventus”la oyunundan (1:0) sonra “İnter” azarkeşləri polisə hücum ediblər.

Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Cüzeppe Meatsa” stadionu yaxınlığında azarkeşlər polisə yaxınməsafəli əldəqayırma partlayıcı qurğularla (kağıza bükülmüş barıt) hücum ediblər, nəticədə polis maşınlarından birinə ziyan dəyib. Azarkeşlər həmçinin “Yuventus” azarkeşlərini daşıyan avtobusun altına fişənglər atıblar.

Polis xuliqanlara qarşı əməliyyat keçirib və nəticədə 50-yə yaxın “neradzurri” azarkeşini saxlayıb. Hadisə araşdırılır.

Qələbə sayəsində “İnter” “Yuventus”un 17 oyunluq (13 qələbə, 4 heç-heçə) məğlubiyyətsizlik silsiləsini qırıb. “Neradzurri” özü isə 16 oyunluq (13 qələbə, 3 heç-heçə) məğlubiyyətsizlik silsiləsini sürdürür.

Hazırda “İnter” A Seriyasında keçirdiyi 22 oyundan 57 xalla turnir cədvəlinin vahid lideridir. 22 oyundan 53 xal toplamış “Yuventus” isə 2-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: