“İnter” İtaliya kubokunda ilk yarımfinalçı oldu

Futbol üzrə İtaliya kubokunda 1/4 final mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“İnter” doğma meydanda “Atalanta” ilə üz-üzə gəlib. Milan təmsilçisi tək qolla qazandığı qələbə sayəsində ilk yarımfinalçı olub.

Mərhələnin qalan oyunları 1 və 2 fevralda keçiriləcək.

İtaliya kuboku
1/4 final
31 yanvar

İnter – Atalanta 1:0
Qol: Darmian, 57.

1 fevral

21:00. Fiorentina – Torino
00:00. Roma – Kremoneze

2 fevral

00:00. Yuventus – Latsio