İspaniya Kubokunun final oyununun hakimi bilindi

Aprelin 26-da “Barselona” ilə “Real” arasında keçiriləcək İspaniya Kubokunun final oyununa hakim təyinatları açıqlanıb.

Arena.az məlumat verir ki, İspaniya Kral Futbol Federasiyası (RFEF) əzəli rəqiblərin görüşündə ədaləti təmsil etməyi ispan hakim Rikardo De Burqosa həvalə edib.

VAR-ın işinə isə Pablo Qonsales Fuertes cavabdeh olacaq.

Bu oyun De Burqosun hakimlik karyerasında dördüncü “el klasiko” olacaq. De Burqosun “el klasiko” çərçivəsində ilk görüşü 2017-ci il İspaniya Super Kubokunun finalına təsadüf edib. Onda “Real” 3:1 hesablı qələbə qazanmışdı. Növbəti dəfə De Burqos 2023-cü ilin İspaniya Super Kubokunun finalında əzəli rəqiblərin oyununu idarə edib. O vaxt isə “Barselona” 3:1 hesablı qələbəni bayram etmişdi. 2022/2023-cü illər mövsümündə İspaniya La Liqasının 26-cı turu çərçivəsində De Burqosun fit çaldığı oyun da “Barselona”nın qələbəsi ilə başa çatıb. Onda “blauqrana” evdə 2:1 hesablı qələbəyə sevinmişdi.

Xatırladaq ki, İspaniya Kubokunun final oyunu aprelin 26-da Sevilyanın “Olimpiya Stadionu”nda baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: