İspaniya prokurorluğu “Real”ın 22 yaşlı ispan mərkəz müdafiəçisi Raul Asensionun 4 illik həbslə cəzalandırılmasını tələb edir.
Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.
Prokurorluq Asensionu, azyaşlıların iştirakı ilə çəkilmiş intim videonu yaymasına görə cəzalandırmaq niyyətindədir. Asensio müvafiq videonun saxlanılması və başqa şəxslərə nümayişində təqsirli bilinir.
Daha əvvəl Asensio üzərindən müvafiq işlə bağlı ittihamların qaldırıldığı haqda məlumat yayılıb. Məhəkəmə kifayət qədər sübut olmadığı üçün müüvafiq qərarı qəbul edib.
Vurğulanır ki, zərərçəkmişin vəkilləri bu vəziyyətlə barışmaq niyyətində deyillər. Vəkillər Asensioya 20 aylıq müddət ərzində 10 avro məbləğində cərimə kəsməyi və onun “Real”ın oyunçusu qismində olmasını əsas gətirərək, 58 min avro məbləğində təzminat haqqı ödəməsini tələb ediblər. Bu işlə bağlı adı keçən daha üç nəfərin də 4 il 10 aylıq müddətə həbsə məhkum edilməsi istənilib. Artıq həddi-büluğa (yetkinlik yaşına) çatmış daha bir zərərçəkmiş isə yeni oxşar ittiham qaldırmaq niyyətindədir. İntim videodakı iştirakçılardan hər ikisinə “zədəsonrası əsəb pozğunluğu” diaqnozu qoyulub. Həmçinin vurğulanır ki, Asensionun məşhurluğu onların aldığı mənəvi zərbəni daha da ağırlaşdırıb.
Xatırladaq ki, 2023-cü ildə Raul Asensio və “Real”ın “C” komandasının üç futbolçusu müvafiq videonun yayılmasında şübhəli bilinərək saxlanılmış və nəticədə təqsirləri sübuta yetirilmişdi.


