İspaniya yığması 96 illik ənənəni pozdu

UEFA Millətlər Liqasının A Liqasının 4-cü qrupunun 4-cü turu çərçivəsində Serbiya yığmasına qarşı oyun İspaniya yığması üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, “qırmızı qəzəb” 3:0 hesabı ilə qalib gəldiyi ev oyununda yığma komandanın 96 illik ənənəsini pozmuş olub.

Belə ki, İspaniya yığması 96 ildə ilk dəfə olaraq meydana başlanğıc heyətində ölkə futbolunun nəhəngləri – “Real”, “Barselona” və Madrid “Atletiko”sunun futbolçuları olmadan çıxıb.

“Mister Chip” “X” sosial şəbəkə hesabı üzərindən paylaşdığı məlumatda, müvafiq halın milli komandanın 104 illik tarixində yalnız 4-cü dəfə baş verdiyini vurğulayıb. İlk üç hal, İspaniya yığmasının iştirakı etdiyi 1928-ci il Amsterdam Yay Olimpiya Oyunlarının futbol yarışı çərçivəsində yaşanıb. O vaxt İspaniya yığmasının heyətində yalnız bask klublarının oyunçuları iştirak ediblər.

Xatırladaq ki, Serbiya yığması ilə oyunda İspaniya yığmasının başlanğıc heyəti belə olub:

David Rayya (“Arsenal”), Pedro Porro (“Tottenhem”), Dani Vivian (“Atletik”), Emerik Lyaport (“Əl-Nəsr”), Mark Kukurelya (“Çelsi”), Mikel Merino (“Arsenal”), Fabian Ruis (PSJ), Martin Subimendi (“Real Sosyedad”), Mikel Oyarzabal (“Real Sosyedad”), Aleks Baena (“Vilyarreal”), Alvaro Morata (“Milan”).

Əlavə edək ki, “Barselona”nın iki təmsilçisi Pedri və Pau Kubarsi Serbiya yığması ilə oyunda ehtiyat oyunçular skamyasından meydana çıxıblar.

4 turdan sonra İspaniya yığması UEFA Millətlər Liqasının A Liqasının 4-cü qrupunun yarış cədvəlinə başçılıq edir. Digər komandalar isə belə sıralanıblar: Danimarka (7 xal), Serbiya (3 xal), İsveçrə (1 xal).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: