Joao Pereyra “Alanyaspor”a baş məşqçi təyin edildi

Portuqaliyalı futbol mütəxəssisi Joao Pereyra Türkiyənin “Alanyaspor” komandasının yeni baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 42 yaşlı mütəxəssislə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb. O, bir neçə gün əvvəl istefaya göndərilmiş Sami Uğurlunu əvəz edib.

Xatırladaq ki, Joao Pereyranın sonuncu iş yeri Lissabon “Sportinq”i olub. Portuqal mütəxəssis 2021-ci ilin yayından çalışdığı Portuqaliya klubundan bu ilin yanvar ayında ayrılandan bəri işsiz idi.

Joao Pereyra futbolçu karyerası dönəmində də “Trabzonspor”un uğurları üçün çalışıb.

“Alanyaspor” Türkiyə Super Liqasının cari mövsümündə keçirdiyi 27 oyunda 8 qələbə qazanıb, 7 heç-heçə edib, 12 məğlubiyyətə üzülüb. Alanya təmsilçisi 31 xalla 14-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: