FIFA referisi Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, Umudlu 5-ci qrup çərçivəsində oktyabrın 8-də Belçika – Moldova oyununun dördüncü hakimi olacaq. O, oktyabrın 11-də Norveç – Moldova, 14-də isə Moldova – Belarus matçlarını idarə edəcək.
Digər azərbaycanlı hakim Vüsal Məmmədov isə hər üç qarşılaşmada köməkçi hakim kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Avropa çempionatının qrup mərhələsinin görüşləri Belçikada keçiriləcək.