Konfrans Liqasında 1-ci təsnifat mərhələsinə yekun vuruldu

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025 mövsümünün 1-ci təsnifat mərhələsinin oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, cavab oyunları çərçivəsində son 23 qarşılaşma baş tutub.

Gürcüstan klubları fərqli nəticələrə imza atıblar. Tiflis “Dinamo”su iki oyunun nəticəsinə görə mübarizəni dayandırıb. “Torpedo” (Kutaisi) isə “Tirana” səddini keçməyi bacarıb.

Azərbaycan klubları isə Konfrans Liqasında ilk təsnifat mərhələsindən azaddırlar. Təmsilçilərimiz bu turnirin 2-ci təsnifat mərhələsindən etibarən mübarizəyə qoşulacaqlar. Avropa Liqasının 2-ci təsnifat mərhələsində uduzan “Zirə” də mübarizəni Konfrans Liqasının 2-ci raundunda davam etdirəcək.

Konfrans Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları
18 iyul

“Kups” (Finlandiya) – “Strassen” (Lüksemburq) 5:0
İlk oyun – 0:0

“Urartu” (Ermənistan) – “Tallinna Kalev” (Estoniya) 2:0
İlk oyun – 2:1

“Milsami” (Moldova) – “Jodino” (Belarus) 0:0
İlk oyun – 4:2

“Levadiya” (Estoniya) – “Şaulyay” (Litva) 0:0
İlk oyun – 2:0

“İnter Eskaldes” (Andorra) – “Velej” (Bosniya və Herseqovina) 5:1
İlk oyun – 1:1

“Sent Cozefs” (Cəbəllüttariq) – “Şelburn” (İrlandiya) 1:1
İlk oyun – 1:2

“Jalgiris” (Litva) – VPS (Finlandiya) 1:0
İlk oyun – 2:1

“Payde” (Estoniya) – “Bala Taun” (Uels) 1:1
İlk oyun – 2:1

“Dinamo” (Tiflis, Gürcüstan) – “Mornar Bar” (Monteneqro) 1:1
İlk oyun – 1:2

“Düdelanj” (Lüksemburq) – “Atletik Eskaldes” (Andorra) 2:0
İlk oyun – 1:0

“Marsaxlokk” (Malta) – “Partizani” (Albaniya) 1:2
İlk oyun – 1:1

“Konna Kuey” (Uels) – “Bravo” (Sloveniya) 0:2
İlk oyun – 1:0

“İsloç” (Belarus) – “La Fiorita” (San Marino) 0:1 (penaltilər – 2:4
İlk oyun – 1:0

“Şkendiya” (Şimali Makedoniya) – “Noah” (Ermənistan) 1:2
İlk oyun – 0:2

“Vikinqur” (Farer adaları) – “Liepaya” (Latviya) 2:0
İlk oyun – 1:1

“Tirana” (Albaniya) – “Torpedo” (Kutaisi, Gürcüstan) 0:1
İlk oyun – 1:1

“Vlajniya” (Albaniya) – “Valur” (İslandiya) 0:4
İlk oyun – 2:1

“Derri Siti” (Şimali İrlandiya) – “Maqpies” (Cəbəllüttariq) 2:1
İlk oyun – 0:2

“Tre Penne” (San Marino) – “Floriana” (Malta) 1:1
İlk oyun – 1:3

“Linfild” (Şimali İrlandiya)- “Styarnan” (İslandiya) 3:2
İlk oyun – 0:2

“Sarayevo” (Bosniya və Herseqovina) – “Aktobe” (Qazaxıstan) 2:3 (penaltilər 4:3)
İlk oyun – 1:0

“Buduçnost” (Monteneqro) – “Malişeva” (Kosovo) 3:0
İlk oyun – 0:1

“Breydablik” (İslandiya) – “Tikves” (Şimali Makedoniya) 3:1
İlk oyun – 2:3

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: