Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025 mövsümünün 2-ci təsnifat mərhələsinin ilk oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyunlar çərçivəsində üç matç baş tutub.
Bu qarşılaşmalarda qapılara cəmi 1 qol vurulub. Lüksemburq “Differdanj”ı öz meydanında Qazaxıstanın “Ordabası” komandasına qalib gəlib.
“Balkani” (Kosovo) – “Hamrun Spartans” (Malta) və “Virtus” (San Marino) – “Flora” (Estoniya) oyunlarında isə qapılara qol vurulmayıb.
Bu turnirdə iştirak edən Azərbaycan klubları – “Zirə”, “Sumqayıt” və “Sabah” iyulun 25-də meydana çıxacaqlar. Komandalarımızı müvafiq olaraq “Dunayska Streda” (Slovakiya), “Fehervar” (Macarıstan) və “Makkabi” (Hayfa, İsrail) klubları ilə duel gözləyir.
Qeyd edək ki, Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları üç günə keçiriləcək. Cavab görüşləri isə iyulun 30-dan avqustun 1-dək baş tutacaq.
Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
23 iyul
“Balkani” (Kosovo) – “Hamrun Spartans” (Malta) 0:0
“Virtus” (San Marino) – “Flora” (Estoniya) 0:0
“Differdanj” (Lüksemburq) – “Ordabası” (Qazaxıstan) 1:0


