Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 1/4 final, yarımfinal mərhələlərinin, eyni zamanda finalın püşkü atılıb.
Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasiminə Bakı vaxtı ilə saat 17:00-da start verilib.
Avropa Konfrans Liqasının 1/4 final mərhələsinin iştirakçıları bunlardır: PAOK, “Olimpiakos” (hər ikisi Yunanıstan), “Viktoriya” (Plzen, Çexiya), “Aston Villa” (İngiltərə), “Brügge” (Belçika), “Fənərbaxça” (Türkiyə), “Lill” (Fransa), “Fiorentina” (İtaliya).
Bu gün 1/4 finaldakı cütlərlə yanaşı, yarımfinalda üz-üzə gələcək potensial rəqiblər də müəyyənləşib. Ən güclü 8 komanda arasında yer alan Türkiyə klubu “Fənərbaxça” da son rəqiblərini öyrənib. İstanbul təmsilçisi 1/4 finalda Yunanıstan “Olimpiakos”u ilə üz-üzə gələcək.
Avropa Konfrans Liqası
1/4 final
“Brügge” (Belçika) – PAOK (Yunanıstan)
“Olimpiakos” (Yunanıstan) – “Fənərbaxça” (Türkiyə)
“Aston Villa” (İngiltərə) – “Lill” (Fransa)
“Viktoriya” (Plzen, Çexiya) – “Fiorentina” (İtaliya)
Yarımfinal
1. “Aston Villa”/“Lill” – “Olimpiakos”/“Fənərbaxça”
2. “Viktoriya”/“Fiorentina” – “Brügge”/PAOK
Final
1-ci yarımfinal cütünün qalibi – 2-ci yarımfinal cütünün qalibi
Qeyd edək ki, Avropa Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları aprelin 11-də, cavab görüşləri ayın 18-də keçiriləcək. Yarımfinalın matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final görüşü mayın 29-da Afinadakı “Ayasofiya” stadionunda baş tutacaq.


