Konfrans Liqasında 2024/2025 mövsümünə start verildi

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünə 1-ci təsnifat mərhələsinin 2 oyunu ilə start verilib.

Arena.az xəbər verir ki, yeni mövsümün ilk qarşılaşmaları Bosniya və Herseqovina ilə Latviyada baş tutub.

Bosniya təmsilçisi “Velej” öz meydanında Andorra klubu “Eskaldes”lə heç-heçəyə razı olub. Latviyanı təmsil edən “Auda” isə Farer adalarının “B36 Torshavn” komandasına 2:0 hesabı ilə qalib gəlib.

Mərhələnin ilk oyunlarına sabah yekun vurulacaq.

Qeyd edək ki, Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları iyulun 18-də keçiriləcək. Azərbaycan təmsilçiləri ilk mərhələdən azaddırlar. Təmsilçilərimiz “Sabah”la “Sumqayıt” bu turnirə 2-ci təsnifat mərhələsindən qoşulacaqlar.

Konfrans Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları
10 iyul

“Velej” (Bosniya və Herseqovina) – “Eskaldes” (Andorra) 1:1

“Auda” (Latviya) – “B36 Torshavn” 2:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: