Konfrans Liqasında 3-cü raunda daha 6 vəsiqə şansı

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025 mövsümünün 2-ci təsnifat mərhələsinin növbəti cavab oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutacaq.

Bunlardan biri Azərbaycan təmsilçisi “Sumqayıt”ın iştirakı ilə keçiriləcək. Komandamız səfərdə Macarıstan “Fehervar”ı ilə qarşılaşacaq. Bir həftə öncə doğma meydanda 1:2 hesabıyla uduzmuş “Sumqayıt” mərhələ adlamaq üçün səfərdən inamlı qələbəyə sevinməlidir.

Xatırladaq ki, Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin qalan cavab oyunları avqustun 1-də baş tutacaq. Bu turnirdə iştirak edən digər Azərbaycan klubları – “Zirə” və “Sabah” da növbəti matçlarına sabah çıxacaqlar. Komandalarımızı müvafiq olaraq “Dunayska Streda” (Slovakiya) və “Makkabi” (Hayfa, İsrail) klubları ilə duel gözləyir.

İlk oyun günündən sonra “Drita” (Kosovo), “Flora” (Estoniya), “Pünik” (Ermənistan), “Balkani” (Kosovo) və “Deçiç” (Monteneqro) 3-cü təsnifat mərhələsinə vəsiqəni təmin ediblər.

Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
31 iyul

19:00. Auda (Latviya) – Kliftonvill (Şimali İrlandiya) (2:1)

21:00. Hakken (İsveç) – Düdelanj (Lüksemburq) (6:2)

21:00. Fehervar (Macarıstan) – Sumqayıt (Azərbaycan) (2:1)

22:30. Austriya (Avstriya) – İlves (Finlandiya) (1:2)

22:30. Spartak (Trnava, Slovakiya) – Sarayevo (Bosniya və Herseqovina) (0:0)

22:45. Mornar (Monteneqro) – Radniçki (Serbiya) (0:1)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: