Lamin Yamal və Din Höysen şit zarafatla diqqət çəkdilər

İspaniya yığmasının oyunçuları – “Barselona”nın hücumçusu Lamin Yamal və “Real” müdafiəçsi Din Höysen zarafatlaşıblar.

Arena.az məlumat verir ki, tərəflərin zarafatı şitliyi ilə diqqət çəkib.

Xatırladaq ki, hər iki futbolçu UEFA Millətlər Liqasının yarımfinalında Fransa yığmasına qarşı oyuna çağırış alıblar. İspaniya yığmasının rəsmi şəbəkə hesablarından biri futbolçuların şəkllərini paylaşıb. Lamin Yamal isə Höysenin şəkli altında “Mənim yeni oyuncağım” şərhi ilə diqqət çəkib. Din Höysenin cavabı özün çox gözlətməyib – “Mənim oğlum”, – Din Laminə söz “soxub”.

Məsələ bunula da bağlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: