Laporta Niko Uilyamsın mümkün keçidi haqda sualı cavabladı

“Barselona”nın prezidenti Joan Laporta Bilbao “Atletik”inin ispaniyalı vingeri Niko Uilyamsın mümkün transferindən danışıb.

Arena.az “Footbal Espana” dərgisinə istinadən məlumat verir ki, Kataloniya klubunun pərəstişkarlarından biri Laporta ilə video yayımlayıb.

Videodan da görünür ki, azarkeş klub prezidentidən “Barselona”nın 21 yaşlı ispaniyalı futbolçunu transfer etmək niyyətində olub-olmadığını soruşur:

“Biz cəhd edəcəyik”, deyə Laporta cavablayıb.

Xatırladaq ki, daha əvvəl məşhur italyan jurnalist-insayder Fabritsio Romano Niko Uilyamsın agentinin “Barselona”nın idman direktoru Deku ilə görüşdüyü barədə məlumat vermişdi.

Vurğulanır ki, Uilyamsın “Atletik”lə müqaviləsindəki təzminat məbləği 58 milyon avrodur. “Barselona” bu məbləği ödəmək üçün kredit götürüb.

Niko Uilyams Bilbao “Atletik”inin futbol akademiyasının yetirməsidir və 2021-ci ilin iyulundan əsas komandada çıxış edir.

Artıq geridə qalmış 2023/2024-cü illər mövsümündə Uilyams Bilbao komandasının heyətində 38 oyuna çıxıb, 8 qol vurub, 17 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb. Sol cinah vingerinin “Atletik”dəki karyerası ümumilikdə 122 oyun, 20 qol və 24 məhsuldar ötürmədən ibarətdir.

Nikolas Uilyams 2022-ci ilin sentyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 20 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə verib. Gənc hücumçu İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

Niko Uilyamsın qənimətlər muzeyində 2023/2024-cü illər mövsümündə “Atletik”lə qazandığı İspaniya Kral Kuboku da var.

“Transfermarkt” internet portalı 22 yaşlı ispaniyalı sol vinger Niko Uilyamsın transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: