“Barselona”nın prezidenti Joan Laporta “blauqrana”nın 17 yaşlı ulduz hücumçusu Lamin Yamalın müqaviləsi haqda danışıb.
Arena.az “La Vanguardia” dərgisinə istinadən məlumat verir ki, Laporta Yamalla yeni müqavilənin artıq razılaşdırıldığını bildirib:
“O, bir dühadır ki, “Barselona”da oynamaq ona xoş gəlir, o, bu nəslin bir hissəsidir. Lamin – müstəsna fərdi istedada malik futbolçudur, eyni zamanda o, özünü komandada rahat hiss edən komanda oyunçusudur.
Onun agenti Jorje Mendeşdir ki, onunla da ünsiyyət qurmaq bizə asandır. Yamalla müqavilə müddətinin uzadılması demək olar ki, razılaşdırılıb, ancaq müqavilənin təsdiqi məsələsi qalıb”, deyə Laporta vurğulayıb.
Xatıraldaq ki, daha əvvəl kütləvi informasiya vasitələrində, Yamalın “Barselona” ilə 5 illik – müddəti 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulmuş müqavilə razılaşdırdığı və bu müqaviləin futbolçunun 18 yaşının tamam olacağı iyun ayında rəsmiləşdiriləcəyi haqda məlumat yayılıb.
Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 54 oyuna çıxıb, 18 qol və 25 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 105 oyun, 25 qol və 34 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 19 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.


