Alman futbolunun əfsanəsi, keçmiş dayaq yarımmüdafiəçisi Lotar Matteus “Bayern”in ingilis hücumçusu Harri Keyn haqda söhbət açıb.
Arena.az Matteusun müvafiq fikrini təqdim edir:
“Hal-hazırda, mən dünyada Harri Keyndən yaxşı hücumçu görmürəm. Nəinki vurduğu qollara görə, həmçinin onun çoxyönlüyü və çıxış etdiyi mövqelər baxımından”, deyə Lotar Matteus vurğulayıb.
Xatırladaq ki, Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqust ayında 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 12 oyuna çıxıb, 20 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 108 oyun, 105 qol və 29 məhsuldar ötürmədən ibarətdir.
Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 110 oyuna 76 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib. Keyn İngiltərə yığmasının ən sərrast qolçusudur.
“Transfermarkt” internet-portalı 32 yaşlı ingilis hücumçunun transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.



